"Latsio"nun müdafiəçisi Patrik Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi "Əl-İttifaq"a transfer olub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

33 yaşlı mərkəz müdafiəçisinin Roma klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulsa da, tərəflər onun vaxtından əvvəl ləğv edilməsi barədə razılığa gəliblər.

 

Patrik 2015-ci ildən "qartallar"ın heyətində çıxış edərək "Latsio"da ən uzun müddət oynayan futbolçulardan biri olub.

 

İspaniyalı futbolçu İtaliya klubunun heyətində cari mövsümdə heç bir matçda meydana çıxmayıb.

 

Qeyd edək ki, "Əl-İttifaq" BƏƏ liqasında mövsümə uğursuz başlayıb və ilk beş turda cəmi bir xal toplayıb.