Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında bürünc medal qazanıb.

Sport24.az xəbər verir ki, yığmamız üçüncülük uğrunda görüşdə Kamerunla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 3:0 (27:25, 25:13, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb.