Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası iki legioner oyunçusu ilə müqaviləni yeniləyib. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, "dəmiryolçular" rusiyalı Sergey Platanenkov və iranlı Məhəmmədhüseyn Çarklui ilə sözləşmənin müddətini uzadıb.
Həmin voleybolçular daha bir il Bakı klubunda çıxış edəcəklər.
Hər iki oyunçu 2023-cü ildən "Azərreyl"in formasını geyinir.
Qeyd edək ki, Yüksək Liqanın son qalibi "Azərreyl" daha əvvəl baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalayıb.