Argentina millisinin qapıçısı Emiliano Martinez "Aston Villa"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, təcrübəli qolkiper klubu tərk etmək haqda düşünür.

 

Birmingem təmsilçisi yay "transfer pəncərəsi"ndə yeni qapıçı almağı planlaşdırır. Argentinalı da yeni sezondan ona əsas qolkiper gözü ilə baxılmamasından narahatdır.

 

Ona görə də, Emiliano özünə yeni komanda axtaracaq. Martinez bu mövsüm 50 oyun keçirib, 61 qol buraxıb. Onun Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi gözlənilir.

 

32 yaşlı qapıçının "Aston Villa" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, "Arsenal", "Oksford", "Şeffild Uendsey", "Vulverhempton", "Xetafe", "Redinq" klublarının qapısını qoruyub.