PSJ-nin futbolçusu Əşrəf Hakimi Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib. Sport24.az xəbər verir ki, mərakeşli müdafiəçi komandanın baş məşqçisi Luis Enrikedən də söz açıb:
"Enrike fantastik komanda yaradıb. O, bura gələndən inanılmaz işlər görür və çox şey tələb edir. Enrike işinin peşəkarıdır".