"Hypers Guba"nın futbolçusu İbrahim Nağıyev cəzalanıb. Sport24.az xəbər verir ki, onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.
Futbolçu II Liqada XXIV turun "Kür-Araz" – "Hypers Guba" qarşılaşmasındakı hərəkətinə görə cəza alıb. O, matçın 67-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi 300 manat cərimə olunub.