Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı ilk oyunlarının hakimləri bəlli olub. Sport24.az xəbər verir ki, yığmamız ilk matçlarına İsveçdə çıxacaq.

 

İyunun 6-da meydan sahiblərinə qarşı görüşdə Norveç və Danimarka təmsilçiləri ədaləti qoruyacaqlar. Ertəsi gün Gürcüstanla üz-üzə gələcək millimizin oyunu İsveç və Norveçdən olan referilərə tapşırılıb.

 

Avropa Gümüş Liqası
Kişilər, I turnir (İsveç)

 

6 iyun


19:00. Azərbaycan – İsveç
Hakimlər: Ellen Mari Burheym (Norveç), Morten Enqborq Kleyn (Danimarka)
UMEA Enerji Arena

 

7 iyun


19:00. Gürcüstan - Azərbaycan
Hakimlər:
 Helena Persson (İsveç), Ellen Mari Burheym (Norveç)
UMEA Enerji Arena