AFFA futbol üzrə İran çempionatının qalibi olan "Traktor"un uğuruna biganə qalmayıb. Sport24.az xəbər verir ki, federasiya Təbriz klubunu çempionluq münasibətilə təbrik edib.

 

Bununla bağlı AFFA-nın rəsmi sosial şəbəkə hesabında paylaşım olunub.

 

Qeyd edək ki, "Traktor" mövsümün bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, 1970-ci ildə yaradılan klubun ilk belə uğurudur.