"Baxmayaraq ki, II Liqadı, futbol ictimaiyyəti arasında oyuna maraq yetərincə böyük idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.

 

Təcrübəli futbolçu 24-cü tur çərçivəsində keçirilən "Şəfa" ilə oyun (0:0) barədə fikirlərini bölüşüb:

"Mövsümün sonuna yaxınlaşırıq. "Şəfa" ilə qarşılaşma çempionluq yolunda əsas oyun idi. Qalib gələn demək olar ki, "qızıl"a sahib çıxacaqdı. Düzdür, bizə bir xal da kifayət edirdi. Ancaq bizim fikirimiz bir xal yox, qələbə qazanmaq idi. Düşünürəm ədalət nəticə heç-heçə idi. Qarşıda iki oyun var. Bir qədər öz işimizi rahatlaşdırmışıq. Amma futboldur, hər şey ola bilər. Hələ özümüzü çempion hesab etmirik. Təbii ki, məqsədimiz mövsümü ilk pillədə başa vurmaqdır". 

Qeyd edək ki, bu nəticədən sonra "Şahdağ Qusar" liderliyini qoruyub. "Şəfa" prinsipial rəqibindən 3 xal geri qalır.