Ölkəmizdə yeni qadın voleybol klubu fəaliyyətə başlayacaq. Sport24.az xəbər verir ki, "DH Volley Baku" növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.

 

Sabah klubun rəsmi təqdimat mərasimi keçiriləcək. Tədbirdə "DH Volley Baku"nun prezidenti, Təşkilat Komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.