Türkiyə Super Liqasının 34-cü turunun "Fənərbaxça" - "Beşiktaş" matçı zamanı penalti zərbəsini yerine yetirən Jedson Fernandeşin gözüne lazer tutan azarkeşin cəzası məlum olub. Sport24.az xəbər verir ki, meydan sahiblərinin fanatına 1 il müddətində futbol oyunlarına getmək qadağan olunub.
Bu barədə İstanbul İdman Təhlükəsizlik Şöbəsi məlumat yayıb.
Həmin azarkeş 1 il ərzində "Fənərbaxça"nın oyunundan əvvəl və sonra matça getmədiyi ilə bağlı polis idarəsində imza verəcək.
Qeyd edək ki, 36-cı dəqiqədə baş verən olay zamanı Jedson Fernandeş penaltini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşma "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.