"Bavariya" Almaniya Bundesliqasında sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi birinci sıradadır və ən yaxın izləyicisi "Bayer"i 8 xal qabaqlayır.

 

Komandanın baş məşqçisi Vensan Kompani çempionluğu belə şərh edib:

 

"Çempionluqdan həzz almalıyıq. Bu, inanılmaz hisslərdir. Mövsümboyu göstərdikləri performansa görə futbolçulara təşəkkür edirəm. Bunu birlikdə bacardıq".