"Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold cari mövsümünün sonunda "Real"ın futbolçusu olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trent Madrid klubuna transferlə bağlı artıq şifahi razılığa gəlib. O, bu həftə "Real"la müqavilə imzalamalıdır.
26 yaşlı ingilis futbolçu bu gün mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayıb. Onun "mersisaydlılar"la müqaviləsi iyunun 30-da başa çatır.
Qeyd edək ki, müdafiəçi "Liverpul"da ümumilikdə 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib. O, İngiltərə çempionu, Çempionlar Liqasının qalibi, İngiltərə Kubokunun və Superkubokunun, Liqa Kubokunun (iki dəfə) qalibi olub, həmçinin Klublararası Dünya Kubokunun qalibi olub.