"Gəncə" voleybol klubu baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin mətbuat xidməti açıqlayıb.

 

Bildirilib ki, son 2 mövsümdə komandanı çalışdıran belaruslu mütəxəssislə vidalaşıblar.

 

Qeyd edək ki, "Gəncə" Çasnavitskinin rəhbərliyi altında ötən mövsüm Azərbaycan kubokunun finalınadək irəliləyib.