Fransada Afrika ölkələrindən olan və Liqa 1-də çıxış edən ən yaxşı futbolçuya verilən Mark-Vivien Foe mükafatının qalibi bəlli olub. Sport24.az xəbər verir ki, cari mövsümdə bu mükafatı PSJ-nin müdafiəçisi Aşraf Hakimi qazanıb.

 

O, komandasına 13-cü Fransa çempionluğunu qazanmaqda və Çempionlar Liqasının finalına yüksəlməkdə əsas pay sahiblərindən biri olub.

 

26 yaşlı mərakeşli Fil Dişi Sahilindən olan "Nitsa"nın hücumçusu Evan Quessan və "Strasburq"da çıxış edən seneqallı yarımmüdafiəçi Həbib Diarranı qabaqlayıb.

 

Qeyd edək ki, Hakimi cari mövsümdə Fransa çempionatında 24 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.