Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasındakı yerini itirib. Sport24.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.

 

6 oyunda xal qazana bilməyən, cəmi 2 setdə üstün olan yığmamız 12 komanda arasında sonuncu yeri tutub. Bu isə reqlamentə görə, Avropa Qızıl Liqası ilə vidalaşmaları ilə nəticələnib.

 

Millimiz növbəti mövsümdə Avropa Gümüş Liqasında mübarizə aparacaq.