"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, serb forvard PSJ-ye keçməyə hazırlaşır.

 

"Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsində olan Vlahoviçin Fransa çempionu ilə anlaşacağı gözlənilir.

 

Duşan başa çatan mövsümdə 41 görüşdə 15 qol vurub, 5 asist edib. Serbiya millisinin hücumçusunun "Yuventus"la müqavilə müddəti qarşıdakı mövsümün sonunda başa çatacaq.