"Fiorentina" "Fənərbağça" ilə müqaviləsi iyunun sonunda başa çatacaq bosniyalı hücumçu Edin Dzeko ilə müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 39 yaşlı forvardla müqavilə bir illik olacaq və vergilər çıxdıqdan sonra mövsümə 1,5-1,8 milyon avro aralığında maaş alacaq.

 

Qeyd edək ki, Dzeko 2024/2025 mövsümündə Türkiyə çempionatında 35 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçu kareyerası ərzində "Volfsburq", "Roma", "İnter" və "Mançester Siti" kimi klubların formasını geyinib.