İtaaliyanın "Komo" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi Zaqreb "Dinamo"sundan Martin Baturinanı transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Komo" xorvatiyalı hücumameyilli yarımmüdafiəçi üçün onun klubuna 17+5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Martin Baturina 2017-ci ilin yayında "Dinamo"nun akademiyasına qoşulub. Xorvatiya millisinin üzvü ötən mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.