"Gəncə" voleybol klubunu prezidenti Elvar Osmanov MDB-nin İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə ilə görüşüb. Sport24.az xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

 

Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildikdən sonra Elvar Osmanov Manuçehir Hojizadəyə "Gəncə"nin formasını hədiyyə edib.

 

Qeyd edək ki, III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə "MDB-nin idman paytaxtı" seçilib və sertifikat Gəncə şəhər rəhbərliyinə təqdim olunub.