lmaniya bayrağı altında çıxış edən 39 yaşlı çeçen boksçu Əbu Yusupov Berlində aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Sport24.az "Tagesspiegel" portalına istinadən xəbər verir ki, insident Gesundbrunnen dəmir yolu vağzalında baş verib.
Boksçu bir qrup əfqanla münaqişədə boynundan aldığı bıçaq zərbəsindən sonra xəsatəxanaya götürülsə də, orda dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır və Yusupovu bıçaqlayan şəxsi axtarırlar.
Boksçu super orta və yüngül çəki dərəcələrində on döyüş keçirib var və heç vaxt məğlub olmayıb. Yusupov 2020-ci ildə peşəkar rinqdə debüt edib.
Mərhumun həyat yoldaşı və üç azyaşlı uşağı qalıb.