Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında bu gün III mərhələyə start veriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi ev sahibləri olan Xorvatiya ilə qarşılaşacaq. 

 

Faiq Qarayevin baş məşqçisi olduğu komandanın 4 oyundan sonra aktivində xal yoxdu. Millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Xorvatlar isə 4 xalla 9-cu yerdədir. 

 

Qeyd edək ki, millimiz sabah Monteneqro ilə üz-üzə gələcək.

 

Qızıl Avropa Liqası
6 iyun, III tur
18:30. Azərbaycan - Xorvatiya
Hakimlər: 
Sabine Uitt (Almaniya), Toni İvkoviç (Xorvatiya)
Zadar, "Kresimir Cosic Sports Hall"