Bilbao "Atletik"inin yarımmüdafiəçisi Niko Uilyams "Barselona" ilə ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, futbolçu hələ də Münhen "Bavariya"sı və Londonun "Arsenal"ının transfer siyahısında qalır. Lakin Uilyams Kataloniya klubuna keçmək istəyir.

 

Futbolçunun hazırda müqavilə ilə məxsus olduğu Bilbao təmsilçisi də Nikoya yeni sözləşmə təklif etməyə hazırdır.

 

Qeyd edək ki, Uilyams 2024/2025 mövsümündə "Atletik"in heyətində meydana çıxdığı 42 matçda 11 qolla yadda qalıb.