Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2025-ci il Avropa Qızıl Liqasında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, bu gün Xorvatiyanın Zadar şəhərində komandamız turnirdə son oyununa çıxıb.

 

Rəqib Rumıniya yığması olub. Görüş rumıniyalıların üstünlüyü ilə keçib. Hər 3 setdə uduzun millimiz Avropa Qızıl Liqasını xalsız başa vurub. 6 oyunda yığmamızın gücü cəmi iki set qazanmağa çatıb.

 

Faiq Qarayevin yetirmələri Avropa Qızıl Liqasında sonuncu pillədə başa vurublar.

 

Avropa Qızıl Liqası
14 iyun, VI tur
18:30 Rumıniya - Azərbaycan - 3:0 (25:14, 25:10, 25:17)

Zadar, "Kresimir Cosic Sports Hall"