Ötən gecə Mayamidə (ABŞ) futbol üzrə klublararası dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, yarışın açılış matçı "Hard Rok" stadionunda keçirilib.

 

A qrupunda "İnter Mayami" ilə "Əl-Əhli" (Misir) üz-üzə gəlib. Qarşılaşma qolsuz başa çatıb.

 

Növbəti turda "İnter Mayami" "Portu" (Potuqaliya) ilə, "Əl-Əhli" isə "Palmeyras"la (Braziliya) qarşılaşacaq.

 

Bu gün daha iki oyun keçiriləcək. 

 

C qrupu

20:00. "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya)

B qrupu

23:00. PSJ (Fransa) - "Atletiko" (Madrid, İspaniya)

 

Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur. Turnirin final oyunu iyulun 13-də olacaq.