"Qarabağ"dan ayrılan Marko Veşoviç karyerasını Xorvatiya və ya Polşada davam etdirə bilər. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı cinah müdafiəçinin hər iki ölkədən təklifləri var.

Monteneqrodan olan oyunçu yaxın zamanda karyerası ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Marko Veşoviç Xorvatiyada "Riyeka", Polşada "Legiya" kimi klubların formasını geyinib. O, Xorvatiya təmsilçisi ilə ölkə çempionatının da qalibi olub.