"Bavariya"nın 20 yaşlı hücumçu Matis Tel daimi əsasda "Tottenhem"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı açıqlama yayıb.
Fransız futbolçu ilə müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq. Forvard İyunun 30-da "Tottenhem"lə rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, son mövsümü ingilis klubunda icarə əsasında keçirənTel bütün yarışlarda 20 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.