"Bayer"dən "Liverpul"a keçməyə yaxın olan 22 yaşlı yarımmüdafiəçi Florian Virtsin maaşı ildə 12 milyon avro olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komanda uğurlu mövsüm keçirəcəyi, qarşısına qoyulan məqsədə çatacağı halda alman futbolçunun məvacibi 15 milyon avroya qədər yüksələ bilər. Virtsin transferinin ümumi məbləği 116,5 milyon funt sterlinq olacaq. Bunun 100 milyon funt-sterlinqi "Bayer"ə sabit məbləğ, daha 16,5 milyon funt-sterlinq isə bonus şəklində ödəniləcək.
Qeyd edək ki, hazırda tətildə olan 22 yaşlı yarımmüdafiəçi gələn həftə tibbi müayinədən keçəcək.