Mark-Andre Ter Ştegen, "Barcelona"dakı mövqeyi ilə bağlı çətin vəziyyətlə üzləşib. Dünən gecə Juan Qarsia "Barcelona"-"Racing" matçında ilk 11-də meydana çıxaraq alman qolkiperin klubdakı vəziyyətini açıq şəkildə göstərib.

 

Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Almaniya millisinin keçmiş futbolçusu və hazırkı idman direktoru Rudi Völler Ter Ştegenin gələcəyi ilə bağlı danışıb: "Əgər Ter Ştegen Dünya Çempionatında olmaq istəyirsə, klubunda mütləq oynamalıdır. Çünki onun rəqibləri daim oynayır". 

 

Qeyd edək ki, 33 yaşlı qapıçı bu mövsüm bütün turnirlər daxil olmaqla "Barcelona"nın heyətində cəmi 1 oyunda iştirak edib.