Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, U-21 milli I Liqa təmsilçisi "Səbail"lə qarşılaşıb.

 

"Dalğa Arena"nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

 

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubuna qarşı keçirəcək.