"Mançester Yunayted"dəki baş məşqçi vəzifəsini tərk edən Ruben Amorim, "Tottenhem"in maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, son dövrlərdə qeyri-sabit çıxış edən London klubu, yayda baş məşqçi təyin etdikləri Tomas Frankla yollarını ayıra bilər.

 

Onun yerinə əsas namizəd Ruben Amorim hesab olunur. Qeyd edək ki, Ruben Amorimin əvvəlki iş yerləri "Mançester Yunayted", və "Sportinq" klubları olub.