"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu oyun iki futbolçu üçün əlamətdar olub. Belə ki, 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlı əsas komandanın heyətində debüt edib.