İtaliyanın "Roma" klubu yeni transferlərə baxmayaraq hücumçu Coşua Zirkzee ilə bağlı planlarından imtina etməyib. Sport24.az xəbər verir ki, tanınmış jurnalist Qianluca Di Marzionun sözlərinə görə, "Roma"nın Robinyo Vaz və Donyell Malenin gəlişinə baxmayaraq, Zirkzee ilə bağlı marağı davam edir.

 

Məlumata əsasən, Roma təmsilçisi futbolçunun nümayəndələri və "Manchester United" klubu ilə danışıqları hələ də davam etdirir. Daha əvvəl klub Ruben Amorimin vəzifədən uzaqlaşdırılmasından sonra Zirkzeenin gedişini bloklamışdı.

 

Hazırda isə transferlə bağlı yekun qərarın həm Zirkzeenin özü, həm də Maykl Karrik tərəfindən veriləcəyi bildirilir.