Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Sport24.az xəbər verir ki, millinin üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.

 

Bu mərkəz Çinin stolüstü tennis yığmasının əsas bazası hesab olunur.

 

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.