Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XIII tur start götürür. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə B qrupunda yer alan komandalar üz-üzə gələcək.
"Lənkəran" "doğma divarlar" arasında "Naxçıvan"ı qonaq edəcək. Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.
Qeyd edək ki, bu oyun ərəfəsində meydan sahibləri 16 xalla beşinci, naxçıvanlılar isə 21 xalla ikinci pillədə qərarlaşıb. Tura yanvarın 18-də yekun vurulacaq.