Bu gün basketbol üzrə Azərbaycan Kuboku start götürür. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

 

"Naxçıvan" "Quba" ilə, "Neftçi" isə "Lənkəran"la üz-üzə gələcək. 

 

Bakı İdman Sarayında baş tutacaq ilk matçın start fiti saat 17:00-da səslənəcəksə, ikinci görüş saat 20:00-da başlayacaq.  Yanvarın 14-də isə "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.

 

Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti mərhələdə "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.