Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, "Şəki" "Sərhədçi" ilə üz-üzə gəlib.

 

Görüş Şəki təmsilçisinin 92:75 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Şəki"nin növbəti raunddakı rəqibi "Abşeron Lions" komandası olacaq.