İkinci Liqada çıxış edən "Qaradağ Lökbatan" transfer çalışmalarını davam etdirir. Bu barədə Sport24.az-a açıqlamasında komandanın baş məşqçisi Qəzənfər Abbasov məlumat verib.
Çempionatın lideri daha əvvəl "Qarabağ-2"də çıxış etmiş Ayaz Mikayılov və İbrahim Ağayarovla anlaşıb. Ağayarov son olaraq "Quba"nın formasını geyinib.
Bundan əlavə, "Qaradağ Lökbatan" MOİK-dən Tural Haqverdiyev, "Şəmkir"dən İlkin Əliyev, "Cəbrayıl"dan Fərman Bayramovu da heyətinə qatıb.
Qəzənfər Abbasov daha bir transferin rellaşma ehtimalı olduğunu və danışıqların davam etdiyini söyləyib.
Qeyd edək ki, Ayaz Mikayılov Azərbaycanın U-20, İbrahim Ağayarov isə U-18 və U-17 millilərində çıxış edib.