"Lider "Şəfa"dan 9 xal geridəyik. Bu isə böyük fərq deyil. Çempionatda 5 komandanın gücünü eyni sayıram". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli mütəxəssis klubda maliyə sıxıntısının olmadığını, futbolçuların vaxtı-vaxtında maaş aldığını bildirib:

"Şimal" "Səbail"i məğlub edirsə, deməli, çempionatdan hər şey gözləmək olar. Məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Mingəçevir təmsilçisi uzun illərdir elitadan uzaq düşüb. Qarşımıza qoyulan məqsədə çatacağıq. Qış fasiləsində komandanın düşərgəsini tərk edənlər var. İnşallah, yeni transferlər olacaq. Klubda maddiyyatla bağlı heç bir problem yoxdur. Maaşlar vaxtında futbolçulara ödənilib. Artıq təlim məşq toplanışına start vermişik. Yanvarın 17-si "Sabah", 21-də isə "Cəbrayıl"la qarşılaşacğıq".

Qeyd edək ki, aktivində 21 xal olan "Mingəçevir" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.