Dolların ucuzlaşması UEFA-nın 2025-ci ildəki maliyyə xərclərinə təsir edib. Sport24.az xəbər verir ki, bu barədə ESPN qurumun illik hesabatına istinadən məlumat yayıb.

 

Ali futbol qurumu ötən ilin ilk aylarında dolların dəyərinini 9 faiz ucuzlaşması səbəbindən 47 milyon avro itirib.  

 

UEFA xərcləri daxili ehtiyatlar hesabına ödəmək məcburiyyətində qalıb və bütün əməliyyatlardan sonra bu məbləğ 521,8 milyon avro təşkil edib. Bu rəqəm ittifaqın 55 futbol assosiasiyanın maliyyələşməsini təmin edə bilməsi üçün ehtiyatı minimum 500 milyon avro səviyyəsində saxlamaq planına uyğundur.

 

Bununla belə, UEFA 2025-ci il üçün aktivlərin idarə edilməsi nəticələrini "məyusedici" kimi qəbul edib.