"Real"ın hücumçusu Kilian Mbappe komandanın qarşıdakı çempionat oyununda "Levante" ilə matçda meydana çıxmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" qəzeti məlumat yayıb. 

 

Fransalı futbolçu İspaniya Super Kubokunun finalında "Barselona"ya qarşı (2:3) görüşdə meydana çıxsa da, sonradan zədəsinin tam sağalmadığı məlum olub.

 

"Kral klubu"nun tibb heyəti fəsadların qarşısını almaq üçün "Levante" ilə oyunda Kilianın adının oyunun protokoluna salınmamasına qərar verib.