Mövsümün ikinci yarısına Antalyada hazırlaşn Misli Premyer Liqasında çıxış edən 4 klubumuz bu gün yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, birinci görüşdə Qazaxıstan "Kayrat"ını 3 cavabsız qolla məyus edən, ikinci qarşılaşmada Misir "Piramids"i ilə heç-heçə (1:1) edən "Neftçi" Əbu-Dabidəki təlim-məşq toplanış çərçivəsində sonuncu görüşünə çıxacaq. "Ağ-qaralar"ın Çin təmsilçisi "Çenqdu Ronqçenq" olacaq. 

 

"Qarabağ" və "Zirə" isə bu gün iki matçd qüvvəsini sınayacaq. "Qartallar" Ukraynanın "Aleksandriya və Çexiyanın "Bohemians 1905" kollektivləri ilə görüşəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", 19:00-da Polşa təmsilçisi "Zaqlebye" ilə üz-üzə gələcək. 

 

"Zirə" ilk oyunda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3. "Qarabağ" isə Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla məğlub edib.

 

"Sumqayıt" da Antalyada sonuncu qarşılaşmasını keçirəcək. "Kimyaçılar"ın rəqibi "Osiyek" olacaq. "Gənclik şəhəri"nin təmsilçisi əvvəlki iki görüşdə müvafiq olaraq Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandalarına uduzub - 1:5, 1:4.