"Qarabağ" dünya reytinqində mövqeyini itirib. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yenilədiyi siyahıda Ağdam təmsilçisi bir pillə geriləyib.
Hazırda aktivində 182,5 xal olan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 68-ci yerdən 69-a düşüb.
"Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.
Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir.