21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov "Mingəçevir"dən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

 

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir.