Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib. Sport24.az xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsində "Neftçi" və "Lənkəran" kollektivləri qarşılaşıblar.

 

Bakı İdman Sarayında baş tutan matçda 86:54 hesablı qələbə qazanan paytaxt təmsilçisi 1/4 finala yüksəlib.

 

"Neftçi"nin növbəti raunddakı rəqibi "Gəncə" komandası olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.