Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

 

Saat 17:00-da baş tutacaq görüşdə "Şəki" "Sərhədçi"ni, saat 19:00-da keçiriləcək matçda isə NTD "Sumqayıt"ı qəbul edəcək.

 

Ötən gün "Quba" "Naxçıvan"ı (105:98), "Neftçi" "Lənkəran"ı (86:54) üstələyərək 1/4 finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, "Şəki" - "Sərhədçi" cütünün qalibi növbəti mərhələdə "Abşeron Lions"la, NTD - "Sumqayıt" duelinin güclüsü isə "Ordu" ilə üz-üzə gələcək. 1/4 finalda "Quba" "Sabah"la, "Neftçi" isə "Gəncə" ilə görüşəcək