"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi keçmiş komanda yoldaşı Maykl Karrikin "qırmızı şeytanlar"a baş məşqçi kimi təyinatını düzgün seçim adlandırıb. Sport24.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu bu barədə "BBC Sport"a danışıb.
"Bəlkə də bu təyinat açıq seçimdir. Çünki hazırda yüksək səviyyəli məşqçilər mövcud deyil. Təbii ki, bu, çətin vəzifədir. "Manchester Yunayted"in hazırkı vəziyyəti yaxşı deyil və Maykl komandadakı vəziyyəti düzəltməlidir",-deyə Runi qeyd edib.