Qadın voleybolçulardan ibarət Azərbaycan yığması hazırda Avropa Qızıl Liqasında ən aşağı göstəriciyə malik komanda olaraq qalır. Sport24.az xəbər verir ki, yığmamız turnirin əvvəlindən keçirdiyi bütün görüşlərdə məğlub olub.
Voleybolçularımız Sloveniya, Macarıstan, Slovakiya və Monteneqroya qarşı oyunların heç birini qazana bilməyib. Millimiz bu qarşılaşmalardan yalnız Monteneqro ilə oyunda bir set götürə bilib.
Faiq Qarayevin komandası Avropa Qızıl Liqasında hələ də xal qazanmayan yeganə komandadır.
Qeyd edək ki, 4 matçlıq qələbə seriyası ilə Ukrayna ümumi sıralamada liderdir.