İtaliya yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, "Skaudra Adzurra"ya Klaudio Ranyeri rəhbərlik edəcək.

 

İtaliyalıların hazırki məşqçisi Luçano Spaletti bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova ilə keçiriləcək oyundan sonra vəzifəsini tərk edəcək.

 

Qeyd edək ki, Klaudio Ranyerinin son iş yeri "Roma" olub. Komanda onun rəhbərliyi ilə A Seriyasını 5-ci pilllədə başa vurub.