İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Strasbur"dan Mamadu Sarrı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" 19 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 20 milyon avro təzminat ödəyib. Gənc oyunçu ilə 2033-cü ilin yayına kimi nəzərdə turulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Strasbur" Mamadu Sarrı ötən ilin yayında "Lion"dan transfer etmişdi. Fransa U-21 millisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 11 qol ötürməsi ilə yadda qalıb.